Sürücü yuxuladı, “Mercedes” yük maşınına çırpıldı


Digərləri 15 Avq 2019 15:19:00 213 0

Sürücü yuxuladı, “Mercedes” yük maşınına çırpıldı

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 34-cü km-də, Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Sükan arxasında yuxuya gedən "Mercedes" markalı maşının sürücüsü istiqamətini dəyişərək, yol kənarında dayanan yük maşınına çırpılıb.

Nəticədə sürücü yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar