Polis kimsəsiz qadının yaxınlarını axtarır


Kriminal 15 Avq 2019 14:59:00 255 0

Polis kimsəsiz qadının yaxınlarını axtarır

Polis nitqində qüsur olan qadının yaxınlarını axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hal-hazırda həmin qadının yaxınları axtarılır.

Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbərə aid foto