Qurban bayramı ilə bağlı quraşdırılan çadır tipli kəsim məntəqələrinin sökülməsi başa çatdı


Digərləri 15 Avq 2019 14:30:00 266 0

Qurban bayramı ilə bağlı quraşdırılan çadır tipli kəsim məntəqələrinin sökülməsi başa çatdı

Qurban bayramı günlərində Azərbaycanda fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb. Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bakı. Elçin Mehdiyev – Qurban bayramı günlərində Azərbaycanda fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb. Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məntəqələrin fəaliyyət göstərdiyi ərazilərə xüsusi texnikalar cəlb edilib və həmin qurğular vasitəsilə aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazi dezinfeksiya olunaraq təmizlənib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən çadırların sökülərək ərazidən uzaqlaşdırılması və saxlanc ambarlarında yerləşdirilməsi təmin edilib. Qeyd edək ki, Qurban bayramı günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verilmişdi.