SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açdı (FOTO)


Digərləri 15 Avq 2019 14:06:00 212 0

SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açdı (FOTO)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açıb

Bakı. Ləman Zeynalova - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə Trend-ə “SOCAR Energy Ukraine” şirkətindən məlumat veriblər. Yeni məntəqə Stoliçnoye şosse, 100 ünvanında yerləşir. Yanacaqdoldurma məntəqəsində A-92, A-95, eləcə də Nano-A 98, A 95, “Diesel Nano” və “Diesel Nano Extra” yanacaqları müştərilərə təklif olunacaq.