“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb (FOTO/VİDEO)


Digərləri 15 Avq 2019 13:50:46 193 0

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb (FOTO/VİDEO)

Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Bakı. Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafatlandırılanlar arasında “Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov medalla və "Səhra mətbəxi" müsabiqəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu əsgər Sona Həmzəyeva qiymətli hədiyyə ilə təltif olunublar.