İranda təlim təyyarəsi qəzaya uğradı


Dünya 15 Avq 2019 13:44:00 217 0

İranda təlim təyyarəsi qəzaya uğradı

İranın şimalındakı Səmnan vilayətində yüngülmühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki heyət üzvü həlak olub.

Qeyd olunur ki, qəza yerli hava limanının yaxınlığında baş verib.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.