"Krosa" Yaponiyanı vurdu - 16 yaralı


Digərləri 15 Avq 2019 13:33:00 184 0

"Krosa" Yaponiyanı vurdu - 16 yaralı

Yaponiyanın qərbində tüğyan edən “Krosa” qasırğası 16 nəfərin xəsarət almasına səbəb olub

Bakı. Yaponiyanın qərbində tüğyan edən “Krosa” qasırğası 16 nəfərin xəsarət almasına səbəb olub. Trend-in məlumatına görə, 15 prefekturada sürüşmə və daşqınlar təhlükəsi ilə 7 minədək sakin təxliyə olunub. Ümuumilikdə, 580 minə yaxın sakinin təxliyəsi gözlənilir. Qasırğa Sikoku və Küsü adalarında 280 mindən çox evi təhlükə altında qoyub. Yaponiyanın qərbində 700-dək aviareys təxirə salınıb, dəmir yollarında hərəkət dayandırılıb.