Poqba gəlməsə, Zidan gedəcək


İdman 15 Avq 2019 12:54:00 314 0

Poqba gəlməsə, Zidan gedəcək

Real-ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə istefa verə bilər.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis rəhbərliyin transfer siyasətindən narazıdır. O, Manchester United-in yarımmüdafiəçisi Pol Poqbanın alınmasını istəyir. Lakin klub prezidenti Florentino Peres bu keçidə qarşıdır. Bu səbəbdən baş məşqçi ilə prezident arasında münasibətlər soyuyub. Poqba "transfer pənrəcəsi"nin son gününə qədər alınmasa, Zidanın istefa verəcəyi iddia olunur.

Qeyd edək ki, ötən ilin yayında Realdan ayrılan Zidan bir müddət sonra yenidən komandaya qaytarılmışdı. 

Ötən gün isə Zidanla ulduzu barışmayan Beylin komandada qalmaq üçün Zidanın ayrılığını gözlədiyi barədə xəbər yayılmışdı.