Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub


Dünya 15 Avq 2019 13:09:00 247 0

Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub

"Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" hava limanında qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə "Jukovski" aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşub və mühərriklərin hər ikisi sıradan çıxıb.

Məlumata əsasən, təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıda eniş edib.

Təyyarənin göyərtəsində 7 heyət üzvü və 227 sərnişin olub. Onlar xəsarət almayıb və təxliyə ediliblər.