Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb


Digərləri 15 Avq 2019 13:05:00 172 0

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Bakı. Elçin Mehdiyev - Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.