Göndəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində göstərişlər verilib


Digərləri 15 Avq 2019 12:49:00 220 0

Göndəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində göstərişlər verilib

"Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4%, qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, ticarət dövriyyəsi 20%-dən çox, qeyri-neft ixracı 15%, kənd təsərrüfatı məhsullarının istehsalı 13% artıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir əlavə edib ki, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür: "Valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib".

Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də, gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.