Bu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb - Nazir


Digərləri 15 Avq 2019 12:12:00 431 0

Bu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb - Nazir

2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63% artım müşahidə olunub, 131 min ton yük daşınıb: "Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, bu ilin 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub".