Polis kimsəsiz qadının yaxınlarını axtarır


Digərləri 15 Avq 2019 12:05:24 252 0

Polis kimsəsiz qadının yaxınlarını axtarır

Quba polisi nitqində qüsur olan qadının yaxınlarını axtarır

Bakı. Samir Əli - Polis nitqində qüsur olan qadının yaxınlarını axtarır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hal-hazırda həmin qadının yaxınları axtarılır. Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.