Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi


Dünya 15 Avq 2019 11:44:00 296 0

Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi

Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bununla da Türkiyə lazer silahını döyüş şəraitində tətbiq edən ilk ölkə olub.

Çin tərəfindən istehsal olunan "Wing Loong II" pilotsuz döyüş təyyarəsi bir neçə gün əvvəl Misurata şəhəri yaxınlığında vurulub. Sayt yazır ki, təyyarə Türkiyənin ASELSAN şirkəti tərəfindən işlənib hazırlanan, 50 kW güc hasil edən lazer hava müdafiə sistemi tərəfindən Misurata şəhəri üzərində uçarkən hədəfə alınıb.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. "İlk dəfə bir lazer silahı başqa bir hərbi texnikanı real döyüş şəraitində məhv edib",-sayt yazır.


Xəbərə aid fotolar