Bu gün manatın dövriyyəyə buraxılmasından 27 il keçir


Digərləri 15 Avq 2019 11:34:00 211 0

Bu gün manatın dövriyyəyə buraxılmasından 27 il keçir

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 27 il keçir.

Son.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Presidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyulub.

Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olunub.