Barcelona-dan Neymar üçün növbəti təklif gəldi


İdman 15 Avq 2019 11:16:00 258 0

Barcelona-dan Neymar üçün növbəti təklif gəldi

İspaniyanın Barcelona klubu sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün Fransa təmsilçisi PSG-yə yeni təklif göndərib.

Goal.az xəbər verir ki, “Le10sport” portalı kataloniyalıların 27 yaşlı braziliyalı hücumçunun əvəzinə fransızlara Filppe Koutinyo, İvan Rakitiç və 40 milyon avro verməyə hazır olduqlarını yazıb.

PSG bir müddət əvvəl Neymarın qarşılığında Barcelona-dan Nelson Semedu, Filppe Koutinyo və 50 milyon avro istəyib. Lakin qarşı tərəf Semedunu vermək istəmədiyi üçün yeni təklif irəli sürüb.

Xatırladaq ki, Neymar iki il əvvəl Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. PSJ Barcelona ilə razılığa gəlməsə, Neymarı Real-a satacaq.