Dünya Çempionatının ulduzlu Açılış mərasimi


Digərləri 15 Avq 2019 10:46:00 53 0

Dünya Çempionatının ulduzlu Açılış mərasimi

Artıq məlum olduğu kimi Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə hazırlaşır.

Bu xəbəri də oxu: Bakıda tikintidə faciə:

Bakı. Artıq məlum olduğu kimi Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə hazırlaşır. Trend-in məlumatına görə, 16-22 sentyabr Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına hazırlıqlar yayın ən isti günlərində tam sürəti ilə davam edir. Gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş Açılış mərasiminə təşkilatçılar bu dəfə də xüsusi yaradıcılıqla yanaşıb. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiq olunmuşdur. Belə ki, çempionatın məhz ilk günü – Açılış mərasimində ölkəmizlə yanaşı, digər ölkələrdə də məşhur olan Azərbaycanın xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov öz sevilən nəğmələri ilə izləyənləri sevindirəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella şəklində ifa edəcək. Açılış mərasiminin maraqlı məqamları bununla bitmir. Belə ki, mərasimdə Dünya Çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək. Dünya Çempionatının açılış mərasiminin şousunun liberettosunu qısaca olaraq nəzərinizə çatdırırıq: “Siz şən Cin və quldur Əlibaba ilə birlikdə macəralı, sərvət və sevgi dolu bir dünyaya qərq olacaqsınız. Əsas qəhrəmanlar gözəl çiçək tarlalarına, dənizçi Sindbadın hökmranlıq etdiyi okeanın geniş və dərin sularına, Siklopun mühafizə etdiyi dağlara gedəcək, eyni zamanda Ələddin və gözəl Jasminin sevgi hekayəsinə də şahid olacaqlar. Lakin ən əsas və son istək, sevgi, Şahzadə İpəkqurdunun möhtəşəm ipək sarayında gerçəkləşəcək. Sizi dostluq, sevgi və nağıllar dünyasına inanılmaz bir səyahət gözləyir. Unutmayın ki, bu dəfə nağıllar gerçəkləşəcək.” Bu möhtəşəm gimnastika tədbirini və dünya şöhrətli gimnastların peşəkar çıxışlarını izləmək üçün 16 sentyabr 19:15-də Milli Gimnastika Arenasına tələsin.
Azərbaycan və ABŞ arasında İkinci Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək like
  • 15 Avq 10:44  
Digərləri Azərbaycan və ABŞ arasında İkinci Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu 6-8 noyabr tarixlərində Okla

arrow Ətraflı
"Zeytunluq"da nə baş verir? - Nazirlik araşdırdı like
  • 15 Avq 10:39  
Digərləri "Zeytunluq"da nə baş verir? - Nazirlik araşdırdı

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfin

arrow Ətraflı
DYP son yoxlamaların NƏTİCƏLƏRİNİ açıqladı like
  • 15 Avq 10:35  
Digərləri DYP son yoxlamaların NƏTİCƏLƏRİNİ açıqladı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Təmiz hava" aylığını davam et

arrow Ətraflı
"Bu gün məşhurluq həm asandı, həm də müvəqqəti” like
  • 15 Avq 10:34  
Şou-biznes "Bu gün məşhurluq həm asandı, həm də müvəqqəti”

Müğənni Sevda Yəhyayeva asan yollarla məşhurlaşan həmkarlarından danı

arrow Ətraflı
Sinusit - payızdan yazadək bizim daimi yoldaşımız (FOTO) like
  • 15 Avq 10:30  
Digərləri Sinusit - payızdan yazadək bizim daimi yoldaşımız (FOTO)

LOR-həkiminə müraciət etdikdə xəstələr “sinusit” diaqnozuna tez-tez

arrow Ətraflı
Sinusit payizdanyazadək bizim daimi yoldaşimiz like
  • 15 Avq 10:30  
Digərləri Sinusit payizdanyazadək bizim daimi yoldaşimiz

LOR-həkiminə müraciət etdikdə xəstələr "sinusit" diaqnozuna te

arrow Ətraflı
Cəbhədən XƏBƏR VAR like
  • 15 Avq 10:27  
Digərləri Cəbhədən XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
"Qum saatı kimi bədəni var, çox xoşuma gəlir" like
  • 15 Avq 10:24  
Digərləri "Qum saatı kimi bədəni var, çox xoşuma gəlir"

Türkiyənin qalmaqallı müğənnisi Hadisə açıq havada konsert verib.

arrow Ətraflı
Bu gün Bakının bu ərazisinə içməli su məhdudiyyətlə veriləcək like
  • 15 Avq 10:19  
Digərləri Bu gün Bakının bu ərazisinə içməli su məhdudiyyətlə veriləcək

Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş m

arrow Ətraflı
Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub like
  • 15 Avq 10:17  
Digərləri Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub

"Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" h

arrow Ətraflı
Azərbaycan komandası “Dəniz kuboku2019” beynəlxalq yarışlarının qalibi olub like
  • 15 Avq 10:09  
Digərləri Azərbaycan komandası “Dəniz kuboku2019” beynəlxalq yarışlarının qalibi olub

Azərbaycan komandası "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsi

arrow Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək like
  • 15 Avq 10:08  
Digərləri Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək

Azərbaycan İlahiyyat İnstitutu 10-12 oktyabr 2019-cu il tarixdə Bakı Ekspo

arrow Ətraflı
Qadınların pir bilib, bez bağladığı ziyarətgah görün nə çıxdı like
  • 15 Avq 10:04  
Digərləri Qadınların pir bilib, bez bağladığı ziyarətgah görün nə çıxdı

Qadınların pir bilib, ziyarətə gəlib, bez bağladığı məkanın yunanlara

arrow Ətraflı
Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə 
həyata keçirilib like
  • 15 Avq 10:00  
Digərləri Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv

arrow Ətraflı
Bakıda bu ərazidəki evlər plana düşdü like
  • 15 Avq 09:59  
Digərləri Bakıda bu ərazidəki evlər plana düşdü

Paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

arrow Ətraflı