"Bu gün məşhurluq həm asandı, həm də müvəqqəti”


Şou-biznes 15 Avq 2019 10:34:00 219 0

"Bu gün məşhurluq həm asandı, həm də müvəqqəti”

Müğənni Sevda Yəhyayeva asan yollarla məşhurlaşan həmkarlarından danışıb.

Son.az yenicag.az-a istinadla xəbər verir ki, sənətçi onların ünvanına qalmaqallı fikirlər səsləndirib:

"Bu gün populyar olmaq çox rahatdır. Çünki sosial şəbəkələr var.

Bir günün içində məşhur ola bilirsən. Adi bir təlxəkliklə də məşhurlaşmaq olar. O dövrdə belə rahat deyildi. Amma bu gün məşhurluq həm asandı, həm də müvəqqəti".