Bu gün Bakının bu ərazisinə içməli su məhdudiyyətlə veriləcək


Digərləri 15 Avq 2019 10:19:00 232 0

Bu gün Bakının bu ərazisinə içməli su məhdudiyyətlə veriləcək

Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar 15 avqust 2019-cu il tarixində gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Son.az-a bildirilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.