Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub


Digərləri 15 Avq 2019 10:17:42 179 0

Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub

"Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" hava limanında qəza enişi edib

Bakı. "Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" hava limanında qəza enişi edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə "Jukovski" aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşub və mühərriklərin hər ikisi sıradan çıxıb. Məlumata əsasən, təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıda eniş edib.