Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək


Digərləri 15 Avq 2019 10:08:31 165 0

Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək

Azərbaycan İlahiyyat İnstitutu 10-12 oktyabr 2019-cu il tarixdə Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu 10-12 oktyabr 2019-cu il tarixdə Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək. İnstitutdan Trend-ə bildirilib ki, Bakı Ekspo Mərkəzində təşkil olunacaq Beynəlxalq Təhsil Sərgisində ziyarətçilərə Aİİ-də tədris edilən ixtisaslar, ali tədris müəssisəsinin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə və təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, Aİİ-nin fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərin, yeni nəşrlərin nümayişi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. 2018-ci ildə təşkil edilmiş sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, həmçinin 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.