Azərbaycanda məmur yaşadığı evdə özünü asdı


Digərləri 15 Avq 2019 09:24:00 259 0

Azərbaycanda məmur yaşadığı evdə özünü asdı

Qaxda intihar hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin C.Cabbarlı küçəsində yaşayan Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyitini anası səhər saatlarında aşkarlayıb. 

Qeyd edək ki, M. Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.