Gürcüstanda 3 belaruslu turist itkin düşüb


Dünya 15 Avq 2019 08:58:00 208 0

Gürcüstanda 3 belaruslu turist itkin düşüb

Gürcüstanın Tetnuldi dağında 3 belaruslu turist itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir: "Tetnuldi dağında Belrusdan olan 3 turist itkin düşüb. Biz bütün mövcud resurslardan istifadə edərək onların axtarışlarını həyata keçiririk".

Bildirilir ki, turistlər alpinistlər qrupunun üzvləri olub və dağdan bazaya qayıtdıqları zaman itkin düşüblər.