Meksika sahillərində güclü zəlzələ olub


Dünya 15 Avq 2019 08:12:00 192 0

Meksika sahillərində güclü zəlzələ olub

Sakit okeanda, Meksika sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Kabo-San-Lukas şəhərindən (Cənubi Aşağı Kaliforniya ştatı) 275 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.