Filadelfiyada atışma baş verib: 6 polis əməkdaşı yaralanıb


Dünya 15 Avq 2019 08:02:00 215 0

Filadelfiyada atışma baş verib: 6 polis əməkdaşı yaralanıb

ABŞ-ın Filadelfiya ştatında cinayətkarlarla polislər arasında atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 6 polis əməkdaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Atışma baş verən yerə xüsusi təyinatlı polislər cəlb edilib.

Bildirilir ki, cinayətkarlardan biri saxlanılıb, digərinin isə saxlanılması üzrə əməliyyat davam etdirilir.