Ölümcül xəstəlik yüzlərlə can alıb


Digərləri 15 Avq 2019 07:41:00 228 0

Ölümcül xəstəlik yüzlərlə can alıb

Filippinin Səhiyyə Nazirliyi çox saylı insan itkiləriylə bağlı denqe epidemiyası haqda məlumat yayıb. Bu haqda "CNN" xəbər vermişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, 2019-cu ilin əvvəlindən 146 min nəfər denqe xəstəliyinə yoluxması halları haqda məlumat yayılıb. Nəticədə 622 nəfər artıq dünyasını dəyişib. Bunun ötən ilin göstəricilərinə nisbətən 98% daha çox olması bildirilir. Epidemiyanın elan olunmasından sonra, ölkədə ən çox yoluxmuş bölgələri aşkar etmək üçün xüsusi tədbirlər keçirilir.

Təhlükəli sayılan denqe epidemiyası, tropik və subtropik iqlimli ölkələrdə yayılmışdır. Bunlar Hindistan, Çin, Tailand, İndoneziya, Malayziya, Myanma, Vyetnam Sudan, Mozambik, Honduras, Kosta-Rika, Braziliya və Filippindir.

(adsgarden = window.adsgarden || []).push({});