Kibertəhlükəsizliklə bağlı sorğuların sayı artıb


Digərləri 15 Avq 2019 07:31:00 215 0

Kibertəhlükəsizliklə bağlı sorğuların sayı artıb

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı iyun ayı ilə müqayisədə 31,2% artaraq 353 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 94%-nə baxılıb və təmin edilib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 20 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin iyul ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 3 subdomen qeydiyyatdan keçib.

(adsgarden = window.adsgarden || []).push({});