Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir


Digərləri 15 Avq 2019 01:16:00 218 0

Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir

Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır

Bakı. Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb. D.Tramp bildirib: "Çin bizim üçün problem deyil, lakin Honqkonq ətrafındakı vəziyyət məsələyə kömək etmir. Bizim problemimiz FES-dir. Həddən artıq çox və həddən artıq tez yüksəltdilər. İndi isə çox ləng azaldırlar".