Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi


Digərləri 14 Avq 2019 23:30:00 52 0

Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi

Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır, şəxsi təmizliyinə fikir verir, valideynlərinin və başqalarının yardımına ehtiyac duymur. Uşaqda məsuliyyət əlamətləri valideynin qoyduğu məhdudiyyətlərə hörmətlə yanaşmaq və onlara əməl etmək, öz problemlərini sərbəst həll etmək gücünə malik olmaq, iş görərkən dəlillərə əsaslanmaq, səhvi etiraf etmək, uğursuzluq zamanı başqalarını günahlandırmamaq, verdiyi sözə əməl etmək, bacardığı qədər ictimai qaydaları pozmamaq kimi keyfiyyətlərlə müəyyənləşdirilir.

Son.az bildirir ki, psixoloq Mehriban Heydərova uşaqlarda məsuliyyət hissinin formalaşması barədə danışarkən AZƏRTAC-a deyib: "Uşaqda məsuliyyət hissi 3-5 yaşlarından aşılanmalıdır. Ayaq açıb yeriməyə başlayan vaxtlarda onlarda iş və fəaliyyətə maraq yüksək olur, öhdələrinə məsuliyyət götürməkdən həzz alır, özlərini gərəkli sayır, müstəqil hiss edirlər. Bu məqsədlə 250 azyaşlı arasında aparılan araşdırma nəticəsində məlum olub ki, uşaqların 97 faizi ev işlərinə kömək etməyi sevir. Balacalar evdə öhdələrinə nə qədər erkən məsuliyyət götürərlərsə, bu, daha tez vərdiş halına keçir. Nəzərə almaq lazımdır ki, uşağın məsuliyyəti onun yaş və bacarığına uyğun olaraq artırıla bilər. Uşağı hazırlamadan üzərinə məsuliyyətli tapşırıq qoyulması onu ümidsizliyə düçar edir, özünə inam hissini zəiflədir. Bəzi halda uşağın yaşı münasib olsa da, o, məsuliyyəti qəbul etmək üçün lazımi gücə malik olmur. Uşaq bacardığı həddə "yüklənməlidir". Onların, xüsusilə yeniyetmələrin həddən artıq yüklənməsi onlarda yalançı bacarıq, uydurma özünüidarə hissinin yaranmasına səbəb olar və nəticədə onlarda bir sıra psixoloji problemlər meydana çıxar".

Psixoloq bu sahədə tərbiyəçilərin üzərinə düşən məsələlər barədə danışarkən bunları deyib: "Hər bir tapşırıq zamanı övladın yaşını və bacarığını diqqətə almaq lazımdır. Uşaqların məsuliyyətli olmasında örnəklər, xüsusilə ana və ata timsalı mühüm rol oynayır. Buna görə də gərək valideynlər atalıq-analıq məsuliyyətinə ciddi əməl etsinlər. Valideynlər uşaqlardan nə istədiyini aydın və qısa şəkildə izah etməlidir, "kömək eləsən, yaxşı olar", "mümkündür", "ola bilər", "edə bilərsən" və s. ifadələr işlətmək lazım deyil. Əgər o üzərinə qoyulmuş məsuliyyəti yerinə yetirməsə, beş dəqiqə sonra bir daha yadına salmaq və əgər yenə etməsə, həmin işi valideyn öz öhdəsinə götürə bilər. Valideyn mehribandırsa, övladın məntiqi istəklərinə müsbət cavab verirsə, uşaq peşmanlıq hissi keçirərək növbəti dəfə onun istəyinə müsbət cavab verəcək.

Məsuliyyət hissi yaratmaq üçün zor və təzyiqdən istifadə etmək olmaz, çünki bu, valideynlə övlad arasında konflikt və narazılıq yaradar, üstəlik həmin hissin yaranmasına mane olmaqla yanaşı onu tərsliyə sövq edər".

(adsgarden = window.adsgarden || []).push({});
Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı like
  • 14 Avq 23:21  
Digərləri Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı

Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı

arrow Ətraflı
Ərəb turist Bakı bulvarında öldü like
  • 14 Avq 23:15  
Digərləri Ərəb turist Bakı bulvarında öldü

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist ke

arrow Ətraflı
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək like
  • 14 Avq 23:00  
Digərləri Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

20 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dö

arrow Ətraflı
32,9 km uzunluğunda yol yenidən qurulur  FOTO like
  • 14 Avq 22:49  
Digərləri 32,9 km uzunluğunda yol yenidən qurulur FOTO

Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulur.

arrow Ətraflı
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir  FOTO like
  • 14 Avq 22:40  
Siyasət Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir FOTO

Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-l

arrow Ətraflı
Rusiyanın Tarix Muzeyi Napoleon Bonapartın altı avtoqrafını nümayiş etdirəcək like
  • 14 Avq 22:30  
Digərləri Rusiyanın Tarix Muzeyi Napoleon Bonapartın altı avtoqrafını nümayiş etdirəcək

Rusiyanın Dövlət Tarix Muzeyi fransız sərkərdəsi və imperatoru Napoleon

arrow Ətraflı
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir (FOTO) like
  • 14 Avq 22:25  
Digərləri Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir (FOTO)

Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-l

arrow Ətraflı