Ürəyi qoruyan QİDALAR


Digərləri 14 Avq 2019 23:25:00 239 0

Ürəyi qoruyan QİDALAR

Yediyiniz qidalar sağlamlığınıza böyük təsir göstərir. Daha çox qələvi tərkibli məhsullar yemək sağlamlığınızı yaxşılaşdıra bilər. Qələvi isə daha çox meyvə və tərəvəzdə olur.

Son.az xəbər verir ki, qələvi qidalardan istifadə edərək nəinki sağlamlığını qoruyur, həm də artıq çəkidən xilas olursunuz.

1. Avokado

Avokado meyvə və tərəvəzlərdən faydalı qida maddələrinin alınmasına kömək edir, ürəyi gücləndirir və xolesterinə nəzarət edir. Həmçinin lif və doymamış yağ turşularını ehtiva edir.

2. Banan

Banan qanda şəkərin səviyyəsini tarazlayır, ürəyi qoruyur və həzmi yaxşılaşdırır. Bu meyvə lif, qida maddələri, B vitaminləri, maqnezium və kaliumla zəngindir.

3. Gül kələm

Gül kələm ürək sağlamlığını yaxşılaşdırır və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Onun sadəcə 1 porsiyası gündəlik C vitamini qəbulunun 77% -ni təmin edir.

4. Qovun

Qovun orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir və onu lazımi dərəcədə nəmləndirir.

5. Zeytun yağı

Zeytun yağı qanda şəkər səviyyəsinin tənzimlənməsinə kömək edir və ürək xəstəlikləri riskini azaldır. Tərkibində E vitamini, antioksidanlar və doymamış yağ turşuları var.

(adsgarden = window.adsgarden || []).push({});