Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır? HƏKİMDƏN AÇIQLAMA


Digərləri 14 Avq 2019 22:44:00 267 0

Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır?  HƏKİMDƏN AÇIQLAMA

Allergiyası olan şəxslər nəfsinə daim nəzarət etməlidir

Çiyələk və yabanı çiyələk ən allergik giləmeyvədir. Son.az medicina.az-a istinadən bildirir ki, bunu rusiyalı allerqoloq-immunoloq Marina Malinovskaya deyib. Onun sözlərinə görə, çiyələyə allergiyası olan insanlarda bu giləmeyvə qaşınma, asqırma, boğaz qıcıqlanması, səpmə, bronxial astma kimi simptomlara səbəb ola bilər. Həkim körpələrə çiyələk verməməyi məsləhət görüb. Eyni zamanda, daha az allergiyaya səbəb olan giləmeyvələr moruq, qarağat, qaragilə və motmutu hesab olunur. 

Qeyd edək ki, son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır.

Maraqlıdır, allergiya nədir, necə yaranır, hansı hallarda sağlamlığımız üçün təhlükə yaradır, müalicəsi varmı? 

Allergiya - orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara, qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır. Allerqoloq Nahid Məhərrəmov mövzu ilə bağlı açıqlamasında bildirib ki, allergiya - adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır: "Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz".

Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini vurğulayan N.Məhərrəmov qeyd edib ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: "Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər - bu, orqanizmin allergenə qarşı son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır".  

Həkim deyir ki, qida allergiyası - müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır: "Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır". 

(adsgarden = window.adsgarden || []).push({});