32,9 km uzunluğunda yol yenidən qurulur FOTO


Digərləri 14 Avq 2019 22:49:00 38 0

32,9 km uzunluğunda yol yenidən qurulur  FOTO

Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun 20 km-lik hissəsi III, 12.9 km-lik hissəsi isə IV texniki dərəcəli olmaqla uzunluğu 32.9 km-dir.

Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun Şəmkir-Zəyəm-Düyərli hissəsində III texniki dərəcəyə uyğun olaraq, mövcud asfalt-beton örtüyü mexanizmlə sökülüb daşınıb, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, düyərli kəndinin içərisində və yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 288 paqon-metr metal və dəmir-beton borular quraşdırılıb.

Bundan başqa yolun Şəmkir-Zəyəm-Düyərli hissəsində yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılaraq yekunlaşdırılıb, 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Hazırda Zəyəm qəsəbəsində 1.3 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Layihə üzrə sözügedən hissədə Qanlı Qobu çayı üzərində 36.3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54.3 metr uzunluğa malik 3 aşırımlı körpülərin əsaslı şəkildə təmiri də nəzərdə tutulan işlərdəndir.

Anoloji işlər yolun IV texniki dərəcəli 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı hissələrində də aparılır. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Hazırda yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılır.

Buna paralel olaraq istismara yararsız borular çıxarılır, əvəzinə müxtəlif diametrlərə malik 258 paqon-metr metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb izolyasiya olunur, 4280 paqon-metr uzunluğunda olan küvetlər təmizlənir.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir  FOTO like
  • 14 Avq 22:40  
Siyasət Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir FOTO

Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-l

arrow Ətraflı
Rusiyanın Tarix Muzeyi Napoleon Bonapartın altı avtoqrafını nümayiş etdirəcək like
  • 14 Avq 22:30  
Digərləri Rusiyanın Tarix Muzeyi Napoleon Bonapartın altı avtoqrafını nümayiş etdirəcək

Rusiyanın Dövlət Tarix Muzeyi fransız sərkərdəsi və imperatoru Napoleon

arrow Ətraflı
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir (FOTO) like
  • 14 Avq 22:25  
Digərləri Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir (FOTO)

Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-l

arrow Ətraflı
Di Kaprio bu roluna görə utanır like
  • 14 Avq 22:20  
Digərləri Di Kaprio bu roluna görə utanır

Leonardo Di Kaprio aktyorluq karyrasında ən utancverici rolundan danışıb.

arrow Ətraflı
Yuxusuzluq sindromundan əziyyət çəkənlər DİQQƏT! like
  • 14 Avq 22:15  
Digərləri Yuxusuzluq sindromundan əziyyət çəkənlər DİQQƏT!

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq i

arrow Ətraflı
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib like
  • 14 Avq 22:10  
Digərləri Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respubl

arrow Ətraflı
Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb like
  • 14 Avq 22:04  
Digərləri Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb

Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünva

arrow Ətraflı
Şəmkirdə 32.9 km uzunluğunda yol yenidən qurulur (FOTO) like
  • 14 Avq 22:00  
Digərləri Şəmkirdə 32.9 km uzunluğunda yol yenidən qurulur (FOTO)

Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulur

arrow Ətraflı
İlkin tibbi yardım zamanı istifadə edilən YANLIŞ ÜSULLAR like
  • 14 Avq 21:49  
Digərləri İlkin tibbi yardım zamanı istifadə edilən YANLIŞ ÜSULLAR

Hər insan yanındakı insanların sağlamlığında problem yaranan zaman ona t

arrow Ətraflı
Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb like
  • 14 Avq 21:48  
Digərləri Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb

Cari ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-201

arrow Ətraflı