Dünyanın yarısı içməli su tapmayacaq, insanlıq təhlükədə...


Digərləri 14 Avq 2019 21:29:00 229 0

Dünyanın yarısı içməli su tapmayacaq, insanlıq təhlükədə...

Alimlərın hesablamarına görə, son 100 ildə içməli su mənbələrindən istifadə və tükədilməsi yer üzünün əhali artımı ilə müqayisədə 2 dəfə çoxdur və bu normal hal deyil. Yaxın 20 ildə 1,7 milyard insan içməli su qıtlığı təhlükəsi ilə üz-üzə qalacaq.

Son.az medicina.az-a istinadən bildirir ki, xəritə üzrə 17 ölkə ciddi və təhlükəli həddə içməli su çatışmazlığı hiss edir. 

Bu siyahı və məlumatları Dünya təbii resurslar institutu yayıb. Bu o deməkdir ki, dünya əhalisinin 4-də biri içməli su ehtiyacının cəmi 20% ödəndiyi regionlarda yaşayır və onlar gələcəkdə daha çətin vəziyyətlə üz-üzə qalacaq.

"Bu elə problemdir ki, hamı bilir, amma susurlar. İçməli su defisiti ildən-ilə artan qlobal krizisdir - institutun rəhbəri Endryu Stir bildirir. Bu o həddə gəlib çatacaq ki, qlobal miqrasiya baş verəcək, ölkələr arası konfliktlər başlayacaq, dünya qida təhlükəsizliyi balansı pozulacaq"

Dünyadakı içməli su mənbələrindən son 60 ildə su alınması 2 dəfə artıb. Hazırda 44 ölkə yüksək su stresi həddinə çatıb.  Ölkələr siyahısına Afrika və Asiya ölkələri liderlik edir. 

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid foto