Bu xəstəlik dünyanı cənginə aldı HESABAT


Digərləri 14 Avq 2019 20:37:00 216 0

Bu xəstəlik dünyanı cənginə aldı  HESABAT

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca virusu ilə bağlı yeni hesabatını yayımlayıb. Hesabata görə, bu ilin keçən 9 ayı ərzində dünya miqyasında 364.808 nəfər qızılcaya yoluxub. Bu, 2006-cı ildən bəri ən yüksək yoluxma göstəricisi hesab olunur.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, ÜST qızılcanın sürətlə yayıldığı ölkələrə Konqo, Madaqaskar və Ukraynanın öncüllük etdiyini açıqlayıb.

Qızılca peyvəndinin aşağı olduğu Anqola, Kamerun, Çad, Qazaxıstan, Nigeriya, Filippin, Cənubi Sudan və Tailandda isə qorxunc virusun yayılması davam edir.

ABŞ-da da son 25 ilin ən yüksək qızılcaya yoluxma halı qeydə alınıb. Avropada isə ilin ilk 6 ayında qızılcaya yoluxma sayı 90 min nəfəri ötüb.

Bu göstəricilər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 85 min nəfərdən çoxdur.

(adsgarden = window.adsgarden || []).push({});