Xanımını qətlə yetirən Tehranın sabiq meri edam hökmündən xilas olub


Dünya 14 Avq 2019 20:12:00 213 0

Xanımını qətlə yetirən Tehranın sabiq meri edam hökmündən xilas olub

İkinci xanımını qətlə yetirən Tehranın sabiq meri Məhəmmədəli Nəcəfi mərhumun yaxınları tərəfindən əfv edilib. Qisas və edam hökmü İran prezidentinin sabiq müşavirinə tətbiq edilməyəcək.

Son.az İnteraz-a istinadla xəbər verir ki, bu barədə qətlə yetirilmiş xanım Mitra Ostadın qardaşı Məsud Ostad məlumat verib.

O, sosial şəbəkə vasitəsilə bacısını qətlə yetirən sabiq merin qisas edilməsi haqqından keçdiyini bildirib. Sabiq merin edam edilməsi haqqından keçdiyini deyən M. Ostad sabiq merin qalan ömrünün həbs həyatından qalaraq, özünü islah etməsini istəyib.

Qeyd edək ki, İran Məhkəmə Hakimiyyəti bundan öncə bildirib ki, ittihamlandırılan sabiq merə qarşı qaldırılan 3 maddənin ikisində Məhəmmədəli Nəcəfi təqsirli bilinib və o qəsdən adam öldürmə maddəsi ilə ittihamlandırılaraq, barəsində "qisas" hökmü verilib.