Tanınmış bəy namizədi videonu paylaşıb intihar etdi


Digərləri 14 Avq 2019 20:17:00 218 0

Tanınmış bəy namizədi videonu paylaşıb intihar etdi

Zuhal Topalın evlilik verilişi ilə tanınan bəy namizədi Uğur Doğan itihar edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Doğan sianid turşusu içərək həyatına son qoyub. Hadisə yerinə gələn təcili tibbi yardım Uğuru xəstəxanaya aparıb. 1 saatlıq müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uğurun evində aparılan araşdırmalar zamanı həyati təhlükəsi olan hər hansı kimyəvi maddə tapılmayıb. Bu səbəbdən onun ölüm səbəbini dəqiq müəyyən etmək üçün cəsədi məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, intiharından əvvəl sosial şəbəkədə videomüraciət yayan Uğur ağlının və huşunun özündə olduğunu, ona ayrılmış vaxtın sona çatdığını deyib.

(adsgarden = window.adsgarden || []).push({});