Tovuzda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub (FOTO)


Digərləri 14 Avq 2019 20:14:00 168 0

Tovuzda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub (FOTO)

Ötən il Tovuz rayonunda 178 ailə özünüməşğulluq proqramına cəlb edilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər. Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən il Tovuz rayonunda 178 ailə özünüməşğulluq proqramına cəlb edilib. Onlar verilmiş aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Həmin təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. Cari ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Proqram iştirakçıları ilə görüşən S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının ildən-ilə genişləndirildiyini deyib. O, proqramın aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına, sahibkarlıq vərdişlərinə yiyələnmələrinə imkan yaratdığını vurğulayıb. Nazir qeyd edib ki, proqrama cəlb edilənlər əsasən əlillliyi olan şəxslərdən, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir. S.Babayev proqram iştirakçılarının dövlətin yaratdığı bu imkandan düzgün və səmərəli fayadalanaraq, öz təsərrüfatlarını getdikcə genişləndirəcəklərinə əminliyini bildirib.