Şagirdlərin elektron yerdəyişməsi başlayır


Digərləri 14 Avq 2019 19:37:00 199 0

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 15-də saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Son.az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha münasib şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.