Dünyanın ən nüfuzlu 500 müsəlmanı arasındakı


Kriminal 14 Avq 2019 18:34:00 244 0

Dünyanın ən nüfuzlu 500 müsəlmanı arasındakı

14 avqust xalq artisti Alim Qasımovun doğum günüdür.

Son.az Modern.az-a istinadən xəbər verir ki, Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb.

Xalq artistinin peşəkar səhnədə ilk 1979-cu ildə Azərbaycan Televiziyası vasitəsilə olub. 1982-ci ildə isə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. Sonrakı il Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.

1989-cu ildə Moskva, Paris, Mone, Köln, Bohum, Qərbi Berlin, Frazburq, Bazel, Cenevrə, Lie, Amsterdamda konsertlər verib və festivallarda iştirak edib. Aktyor kimi də tanınan Alim Qasımov 1991-cı ildən Paris şəhər Bələdiyyə teatrı - "DE-LE-vill"in üzvüdür.

2000-ci ildə Alim Qasımovun qızı Fərqanə Qasımova ilə birlikdə ifalarından ibarət "Love's deep ocean"  adlı muğam diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. O, 2000-ci ildə Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib.

2009-cu ildə isə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

(adsgarden = window.adsgarden || []).push({});