Dövlət qurumları bu maşınları satır


Digərləri 14 Avq 2019 18:39:00 230 0

Dövlət qurumları bu maşınları satır

Bir neçə dövlət qurumu balansında olan avtomobilləri Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil edəcəyi hərraca təqdim edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, komitə 10 sentyabr tarixində növbəti avtomobil hərracı keçirəcək. Hərraca bu dəfə ümumilikdə 20 avtomobil təqdim edilib.

Auksiona avtomobil təqdim edən qurumlar Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət və Dövlət İmtahan Mərkəzidir.

Dövlət İmtahan Mərkəzi auksiona iki, Penitensiar Xidmət altı, Dövlət Gömrük Komitəsi səkkiz, Ədliyyə Nazirliyi üç, Əmlak Məsələləri Dövlət Komitəsi özü isə cəmi bir avtomobil təqdim edib.

Hərraca ən yüksək qiymətə avtomobili Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona çıxardığı "Nissan Maksima" avtomobili üçün müəyyən edilən ilkin satış qiyməti 7200 manatdır.