Bakıda daha iki süni örtüklü meydança istifadəyə verilib (FOTO)


Digərləri 14 Avq 2019 18:28:13 197 0

Bakıda daha iki süni örtüklü meydança istifadəyə verilib (FOTO)

Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmannasız olaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir.

Bakı. Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmannasız olaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir. Trend-in məlumatına görə, AFFA daha iki belə meydançanı istifadəyə verib. Növbəti süni örtüklü meydançalar Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən Uşaq parkında və Mirvari parkında inşa olunub.