Alim Xəzərin səviyyəsindən danışdı:


Digərləri 14 Avq 2019 18:09:00 254 0

Alim Xəzərin səviyyəsindən danışdı:

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi fəlakət kimi qiymətləndirilmir. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

"Xəzər dənizində suyun səviyyəsinin bir metrdən çox aşağı düşməsi fəlakət deyil, bu, ekstremal vəziyyət hesab olunmur", - deyə alim bildirib.

Hazırda Xəzərdə suyun səviyyəsinin aşağı düşdüyü müşahidə edilir. Məmmədovun fikrincə, buna baxmayaraq, ola bilsin ki, zamanla suyun səviyyəsi yüksəlsin.

"Ola bilsin, bir müddət sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Xəzər dənizində dəyişikliklər dövri xarakter daşıyır", - alim deyib.

Xəzəri hasarlamaq hər adamın işi deyil - Reportaj>>