Yaponiyada 400ə yaxın reys təxirə salındı


Dünya 14 Avq 2019 17:44:00 234 0

Yaponiyada 400ə yaxın reys təxirə salındı

Yaponiyada "Krosa" qasırğasının yaxınlaşması ilə əlaqədar 400-ə yaxın daxili reys təxirə salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Küsü adasından hərəkət etməli olan 170 aviareys, sabaha nəzərdə tutulan 228 aviareys təxirə salınıb.

Hazırda qasırğa Taneqasima adasından 190 kilometr şərqdə hərəkət edir. "Krosa"nın avqustun 15-ə keçən gecə Küsü adasına yaxınlaşacağı gözlənilir.

Qasırğa güclü leysanlarla müşayiət olunacaq.