Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb


Digərləri 14 Avq 2019 17:28:00 160 0

Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb

Bakı. Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılığın baxımından çox əlverişlidir. Eyni zamanda quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək. Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir.