İranda evlənənlərin sayı azalıb - 9 faiz


Digərləri 14 Avq 2019 17:18:00 233 0

İranda evlənənlərin sayı azalıb - 9 faiz

Son iki ildə İranda evlilik halları 9% azalıb.

Bakı. Elnur Bağışov - Son iki ildə İranda evlilik halları 9% azalıb. Trend-in məlumatına görə, bunu İranın İctimai Məsələlər Təşkilatının sədri Təqi Rüstəmvəndi deyib. T.Rüstəmvəndinin sözlərinə görə, 2015-ci ilədək İranda boşanma halları sürətlə artsa da, son 2-3 ildə bu tendensiya azalıb. İran Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının açıqladığı rəqəmlərə əsasən, son bir ildə İranda 549 mindən çox evlilik qeydə alınıb.