Qurban bayramı günlərində daşınan sərnişinlərin tam sayı açıqlandı - xaricə gedənlər də çox olub


Digərləri 14 Avq 2019 13:51:00 192 0

Qurban bayramı günlərində daşınan sərnişinlərin tam sayı açıqlandı - xaricə gedənlər də çox olub

Qurban bayramı günlərində - avqust ayının 8-dən 13-ü günün sonuna qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 96747 nəfər sərnişin daşınıb

Bakı. Elçin Mehdiyev – Qurban bayramı günlərində - avqust ayının 8-dən 13-ü günün sonuna qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 96747 nəfər sərnişin daşınıb. Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. N.Allahyarova vurğulayıb ki, sərnişinlərdən 18365 nəfəri dünən regionlardan paytaxta qayıdanlar olub: “Ümumilikdə, bayram günləri ərzində hər gün 450-ə qədər reys xəttə olub. Həmin reyslərin 250-si müntəzəm, 200-ə yaxın reys qeyri-müntəzəm marşurut xətlərində olub, 40-a yaxın reys isə beynəlxalq daşımalara cəlb edilib”.