Beyləqanda kütləvi dava: ölən və yaralanan var


Digərləri 14 Avq 2019 14:10:00 215 0

Beyləqanda kütləvi dava: ölən və yaralanan var

Beyləqanda kütləvi dava olub.

Bakı. Beyləqanda kütləvi dava olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib. Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.