Amerikalı generaldan İncirlik açıqlaması: "S400 gərginliyi..."


Dünya 14 Avq 2019 15:14:00 243 0

Amerikalı generaldan İncirlik açıqlaması: "S400 gərginliyi..."

ABŞ Hava Qüvvələrinin Avropa və Afrika komandanı general Ceffri Li Harriqian F-35 və S-400 gərginliyinin İncirlikdəki fəaliyyətə heç bir təhdid törətmədiyini bəyan edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, general jurnalistlərə açıqlmasında deyib: "Türkiyə ilə hərbi əməkdaşlığımızı fokuslaşdırmağa davam edirik, münasibətlərimiz çox güclüdür. Türk Hava Qüvvələri bizə dəstək verir.

İncirlikdəki hər hansı əməliyyata təsir edəcək bir məsələ yoxdur. Hərbi anlamda yaxın əməkdaşlağımız sürür, burada heç bir dəyişiklik nəzərə çarpmır".

Qeyd edək ki, Ceffri Li Harriqianın bu açıqlaması Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-dan gələn S-400 təhdidlərinə İncirlik hərbi bazası da daxil olmaqla müvafiq cavab veriləcəyi bəyanatınmdan sonra ortaya çıxıb.