Allaha qarşı çıxan, başlamadan bitən türk serialları


Digərləri 14 Avq 2019 15:54:00 253 0

Allaha qarşı çıxan, başlamadan bitən türk serialları

Türkiyə və Azərbaycanla yanaşı bütün dünyada maraqla izlənən türk seriallarına daha bir neçəsi əlavə olunacaq. Son.az News24.az-a istinadən xəbər verir ki, yenio mövsümdən tamaşaçılara təqdim olunacaq ekran işlərində digər seriallardan hər kəsə tanış olan məşhur simalar rol alıb. Oktyabr ayında yayımlanacaq "Babil" serialında aktyor Halit Ergenç baş rolu canlandıracaq. "Kanal D" ekranlarında yayımlanması planlaşdırılan serialın rəqəmsal platforma üzərindən izləyicilərin görüşünə gəlməsi də istisna edilmir. Buna səbəb isə serialın mövzusudur. Əfsanəyə görə, Babil qalası Allaha qarşı çıxanlar tərəfindən inşa edilib. Daha sonra isə dağıdılıb.  "Babil" ilə eyni ayda ekrana gələcək serial isə "Aşk 101"dir. Burada baş rolları Mert Yazıcıoğlu, Kubilay Aka, Pınar Deniz, Alina Boz ve Kaan Urgancıoğlu canladıracaq. Kenan İmirzalıoğlunun çəkildiyi "Arıza"da digərləri ilə rəqabətə girəməyə hazırlaşır. Böyük maraqla gözlənilən serial isə "Sefirin kızı"dır. Bu ekran işində baş rolları Engin Akyürek və Neslihan Atagül oynayacaq. Türkiyədə Koreya seriallarına maraq artmaqda davam edir. Elə məhz bu səbəbdən də "Haha Ni Naru" (Oğlum)  adlı ekran işinin türk versiyası "Korkuyorum baba" təqdim olunacaq. Serialda 3 yaşında oğurlanan uşağın 10 il sonra ailəsinə geri dönməsi ilə başlayan hadisələrdən danışılacaq. Ötən mövsüm "Çukur" serialına vida edən aktrisa Dilan Çiçek Deniz həmkarı Burak Denizlə "Patron" adlı ekran işinə transfer olub. Lakin, telekanal və serialı ərsəyə gətiən şirkətlər arasındakı maliyyə məsələsi ekran işinin yayımlanmadan ləğv olunmasına gətirib çıxarıb. 

(adsgarden = window.adsgarden || []).push({});