Yaponiyada 400-ə yaxın reys təxirə salındı


Digərləri 14 Avq 2019 14:45:11 163 0

Yaponiyada 400-ə yaxın reys təxirə salındı

Yaponiyada “Krosa” qasırğasının yaxınlaşması ilə əlaqədar 400-ə yaxın daxili reys təxirə salınıb

Bakı. Yaponiyada “Krosa” qasırğasının yaxınlaşması ilə əlaqədar 400-ə yaxın daxili reys təxirə salınıb. Trend-in məlumatına görə, bu gün Küsü adasından hərəkət etməli olan 170 aviareys, sabaha nəzərdə tutulan 228 aviareys təxirə salınıb. Hazırda qasırğa Taneqasima adasından 190 kilometr şərqdə hərəkət edir. “Krosa”nın avqustun 15-ə keçən gecə Küsü adasına yaxınlaşacağı gözlənilir.